Rövnəq Abdullayev gənclərin suallarını cavablandırdı - VİDEO


20:26     11 Fevral 2016 71be9ba9e221d7bc2828745c590c79da.jpg

SOCAR prezidenti Rövnəq Abdullayev bir neçə gün öncə gənc neftçilərlə görüşüb.


Femida.az xəbər verir ki, görüşdə R. Abdullayev gənclərin suallarını cavablandırıb.

Neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ünvanlanan suala SOCAR rəhbəri bildirib ki, Dövlət Neft Şirkəti bir neçə ərazidə böyük şəhərciklər salmaq üçün razılıq alıb. O qeyd edib ki, məsələyə dair Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə aparılıb və razılıq alınıb.

R.Abdullayev Qaradağ, Pirallahı və şirkətin torpağı olan digər ərazilərdə kooperativ tikintilər, böyük şəhərciklər salınacağını bildirib.

Bundan başqa R. Abdullayev əmək haqlarının artırılmasından da danışıb. Qeyd olunub ki, neft şirkətinin büdcəsində imkanlar məhduddur: “Buna baxmayaraq, faktiki inflyasiyanı hesablayandan sonra müəyyən qədər inflyasiya kompensasiyası olunacaq”.

Eyni zamanda Rövnəq Abdullayev Fransada təhsil almış 3 işçisinin 40 manat borcunu bağışlayıb.

Açar sözlər:

Oxunub: 1369


Oxşar xəbərlər