“Əgər “Altılıq”la İran razılıq əldə etsə...” - Rusiya


02:30     03 İyun 2015 cs-Foreign-Minister-Sergei-Lavrov-gestures-during-a-news-conference-after-a-meeting-with-his-counterpart-from-Mozambique-Oldemiro-Baloi-in-Moscow-April-21-2014.-REUTERSrSergei-Karpukhin-.jpg

“Rusiya İranın bütün hərbi obyektlərinin yoxlanılmasını lazımlı hesab etmir”.

Femida.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib. Onun sözlərinə görə, bu məsələ tərəflər arasında mütləq müzakirə edilməlidir:

“Əgər “Altılıq”la İran Lozannada əldə olunmuş razılığı dəstəkləsələr, o zaman iyunun 30-da yekun nəticəyə gəlmək mümkün olacaq. Bu, yaranmış situasiyadan əsas çıxış yoludur”.

Qeyd edək ki, iyunun 4-də “Altılıq” ölkələri və İran arasında Tehranın nüvə proqramına dair növbəti Vyanada görüşü keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 506