Dələduz qadın məhkəmə qarşısında


16:05     12 Fevral 2016 168128.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Esmira Bayramovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 18-nə təyin edilib.

Qeyd edək ki, ötən il oktyabr ayında Binəqədi rayon 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1963-cü il təvəllüdlü Esmira Bayramova tutulub./apa/

Açar sözlər:

Oxunub: 1032