Rusiyada azərbaycanlı qətlə yetirildi


18:08     12 Fevral 2016 silah41.jpg

Cinayəti törədən şəxs silahını da götürərək hadisə yerindən uzaqlaşıb.


Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Hadisə Sankt-Peterburqun Nevski rayonunda qeydə alınıb.

Məlumata görə, Podvoyski küçəsində yerləşən 14/1 nömrəli binanın sakinləri gecə yarısı ardıcıl olaraq bir neçə atəş səsi eşidiblər. Səs-küyə gələn küçə sakinləri evlərinin yanında kişi cəsədinin olduğunu görüblər.

Sakinlər dərhal polisə və təcili yardıma məlumat veriblər. Əraziyə gələn polis əməkdaşları öldürülən şəxsin 43 yaşlı Azərbaycan vətəndaşı olduğunu müəyyən edib. O, ürəyindən aldığı güllə yarasından yerindəcə dünyasını dəyişib.

Sakinlər polisə ilkin ifadələrində cinayəti törədən şəxsin silahını da götürərək hadisə yerindən avtomobillə dərhal uzaqlaşdığını, buna görə də onların maşının markasını və rəngini ayırd edə bilmədiyini deyiblər. Küçədə nəzarət kameralarının olmaması da polislərin işinə çətinlik törədib.

Məlumata görə, öldürülən azərbaycanlı 2015-ci ilin dekabrında həbsxanadan azadlığa buraxılıb.

Rusiyada anoloji hadisə fevralın 10-da da qeydə alınıb. Moskvanın cənub-şərqində bir azərbaycanlı güllələnib. "Privolnaya" küçəsində azərbaycanlılarla taciklər arasında kütləvi dava düşüb. Nəticədə bir nəfər güllə yarası alaraq, xəstəxanaya yerləşdirilib.

Açar sözlər:

Oxunub: 1012