“İxracatçılar vergilərdən azad olunmalıdır“ - Hikmət Məmmədov


19:23     12 Fevral 2016 siaphoto_528484.jpg

Bu gün Milli Məclisin plenar iclasında "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.


Femida.az-ın məlumatına görə, müzakirədə iştirak edən deputat Hikmət Məmmədov sözügedən qanun layihəsinin ölkə başçısının həyata keçirdiyi islahatlara yardımçı olmasını vurğulayıb. Millət vəkili təkliflərlə çıxış edib. O bildirib ki, layihədə elə sözlər var ki, onlar düzgün seçilməzsə, bu qanun yerli istehsalçıları deyil, yeli inhisarçıları müdafiə edəcək: “Dempinqli idxal məsələsində diqətli olmalıyıq. Hüquqda “normal”, “təxminən”, “hardasa” sözləri istifadə olunmur. Bu qanun layihəsində də “malın normal dəyəri” ifadəsindən “normal” sözü çıxarılmalıdır”. Deputat digər bir neçə ifadədə də dəyişiklik edilməsini təklif edib.

H. Məmmədov ixracatçıların vergilərdən azad olunmağını da təklif edib: "Yerli istehsalçıların (ixracatçıların) vergilərdən azad olunması ölkədə iqtisadi rəqabəti artıracaq. Bu məsələ qanunlarda öz əksini tapmalıdır”.

Açar sözlər:

Oxunub: 1365


Oxşar xəbərlər