Sabirabadda qətl törədildi


20:29     13 Fevral 2016 qetlll4.PNG

Sabirabad rayonunda qətl hadisəsi baş verib.


Femida.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, fevralın 12-də Sabirabad şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Raqif İsmayılov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının apardığı tədbirlərlə qətli törətməkdə şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 929