“Biz qazandığımızdan az xərcləməliyik” - İlham Əliyev
02:42 14 Fevral 2016
“Azərbaycan siyasəti ondan ibarətdir ki, biz qazandığımızdan az xərcləməliyik”.
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı çıxışında deyib. Onun sözlərinə görə, ən böyük investisiya layihələri, o cümlədən, enerji layihələri Azərbaycanın və tərəfdaşlarının öz resursları sayəsində həyata keçirilir:
“Ona görə də biz hər hansı əsaslı maliyyə yardımı gözləmirik. Nəzərə alsaq ki, bu müddət ərzində Azərbaycan əsaslı maliyyə resursları toplayıb, hətta neftin qiymətinin kəskin düşməsi bizim iqtisadiyyatımıza təsir edə bilməz. Ötən il biz ÜDM-də 1 faizdən artıq artım və qeyri-neft sektorunda 8 faizdən artıq artım əldə etdik. Bu iqtisadiyyatın şaxələndirməsi və qeyri-neft sektoruna qoyulan vəsait sayəsində baş verdi. Təbii ki, regiondakı ümumi vəziyyət də bizim üçün vacibdir. Dayanıqlı inkişaf bizim məqsəd və hədəfimizdir. İqlim təhlükəsizliyinə gəldikdə isə, bayaq dediyim kimi, bizim Kioto protokolu qarşısında öhdəliyimiz yoxdur. Lakin bizim iqtisadi siyasətimiz, alternativ enerji mənbələrinə investisiyamız, 10-dan artıq hidroelektrik stansiyalarının tikilməsi, bizim bu sahədəki töhfələrimizin göstəricisidir. Əgər biz bu gün tərəfdaşlarımızla birlikdə neft və qaza investisiya qoymasaydıq, bu gün bizim elektrik stansiyalarımız, Sovet dövründəki kimi, mazut yandırmaqla istismar olunardı. Bu gün bizim bütün elektrik stansiyalarımız təbii qaz və ya su ilə işləyir. Bu neft və qaz sahəsinə edilən yatırım sayəsində oldu ki, nəticədə, karbon qazı tullantıları azaldı. Bunlar hamısı bir-biri ilə bağlıdır”./apa/
Oxunub: 1118
Oxşar xəbərlər
- “Bizi sünni kimi, şiə kimi görmək istəyənlər var” – Gündüz İsmayılov
- “Bizə daha demokratik Avropa lazımdır” - Makron
- “Biz yeni nailiyyətlər əldə edəcəyik” - Mehriban Əliyeva
- “Bizə birlik hissi bəxş edəcək bayrama çevriləcək” - Mehriban Əliyeva
- “Bizi niyə qeydiyyata almırlar?” – Vətəndaş Miqrasiya Xidmətindən narazıdır
- “Bizim kiminsə yardımına ehtiyacımız yoxdur” - Prezident
- “Bizə heç kim kömək etməyib, etmir və etməyəcək” - İlham Əliyev
- “Bizi zorlayır, sonra isə ...” - PKK-lı qadının gündəliyi
- “Biz müsəlmanıq, siz yox" - Dindarların məhkəməsində qalmaqal
- “Biz evə gələndə atam ölmüşdü” - Qaynar nöqtədən VİDEOREPORTAJ