Sabunçu və Xətaidə yanğın


14:59     03 İyun 2015 yanğın1.jpg

Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan yeməkxananın mətbəxində plastik qapı, pəncərə və yeməkxananın ətrafında 7 kv.m sahədə məişət tullantıları yanıb.


Femida.az FHN-in saytına istinadən verdiyi məlumata görə, yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Xətai rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin dəhlizində taxta konstruksiyadan quraşdırılmış rəflər və içərisindəki əşyalar 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 934