Evlənmək istədi, adam oğrusu oldu


19:42     08 Aprel 2015 hokm1.jpg


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Əkbər Əlirzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Femida.az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə onun anket məlumatları dəqiqləşdirilib. 
Məhkəmə baxışı aprelin 15-nə təyin edilib. 


İttihama görə, Siyəzən rayon sakini, 1994-cü il təvəllüdlü Əkbər Əlirzayev həmyerlisi, 1998-ci il təvəllüdlü D. M. evlənmək məqsədilə qaçırıb. Yetkinlik yaşına çatmayan qızını ailə üzvləri polisə şikayətindən sonra Əkbər Əlirzəyev həbs edilib. 


Əkbər Əlirzayev Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsinə əsasən ittiham edilir. (Teleqraf)

Femida.az 

Açar sözlər:

Oxunub: 470