İlham Əliyev litvalı həmkarını təbrik etdi


23:15     15 Fevral 2016 eliyev16414.jpg

Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Zati-aliləri xanım Dalya Qribauskayteyə təbrik məktubu göndərib.


Femida.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

"Litva Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, siyasi, iqtisadi və mədəni əlaqələrimizin, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm", - təbrikdə qeyd edilir.

Açar sözlər:

Oxunub: 996