Üç ölkənin XİN rəhbəri görüşəcək - Tiflisdə


16:23     16 Fevral 2016 22722.jpg

Fevralın 19-da Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin V üçtərəfli görüşü keçiriləcək.


Femida.az xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixael Caneldzenin iştirakı ilə baş tutacaq toplantı çərçivəsində nazirlərin ikitərəfli və üçtərəfli görüşlərinin keçiriləcəyi də nəzərdə tutulub.

Açar sözlər:

Oxunub: 876