Kriminal avtoritetə hökm oxundu


16:54     16 Fevral 2016 mehkeme638.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən Etibar Baxşızadənin cinayət işi üzrə məhkəməsi başa çatıb.


Femida.az xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E. Baxşızadə 4 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumata görə, 2015-ci ilin yanvar aynda daxil olan əməliyyat məlumatı əsasında nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayətkar dəstənin üzvlərini yaxalayıblar.

Araşdırmaların nəticəsində, müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxşızadə cinayətə meylli şəxsləri ətraflarına toplamaqla qanunsuz işlər görüblər. Onlar özlərini cinayətkar aləmin "nüfuzlu şəxsləri" kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə qanunsuz olaraq pul yığılmasını və kriminal aləmin "kassa"sına ötürülməsini təşkil ediblər. Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb. Bundan əlavə, C. Baxışovdan "Makarov" tipli tapança, E. Baxşızadənin mənzilindən isə 2 ədəd alışqanı ilə birlikdə əl qumbarası da aşkar edilərək götürülüb.

Xatırladaq ki, saxlanılan digər şəxs Ceyhun Baxışov ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib./lent.az/

Femida.az

Açar sözlər:

Oxunub: 1069