Körpə doğuşdan beş gün sonra öldü


22:26     16 Fevral 2016 blank.jpg

Bərdə rayonunda doğuşdan sonra körpə ölümü faktı qeydə alınıb.


Femida.az xəbər verir ki, Bərdə rayonunun Şatırlı kənd sakini Qasımova İlahə Ağarza qızının beş gün əvvəl Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində dünyaya gətirdiyi oğlan övladı bu gün ölüb.

Yaxınlarının verdiyi məlumata görə, həkimlər uşağın normal doğulduğunu bildiriblər. Bu gün isə körpənin meyiti onlara təqdim olunub.

Ailə üzvləri körpənin həkim səhlənkarlığına görə öldüyünü iddia ediblər.

Açar sözlər:

Oxunub: 1262