Azərbaycan neft hasilatını dondurmağı planlaşdırmır


21:57     16 Fevral 2016 oil_rig_080914.jpg

Azərbaycan neft hasilatı həcmini dondurmağı planlaşdırmır.


Femida.az xəbər verir ki, bunu Trend-ə energetika nazirinin müavini Natiq Abbasov deyib. Onun sözlərinə görə, ümumdünya neft hasilatında Azərbaycanın payı cüzidir və bu, qiymətin formalaşmasına təsir etmir. Buna görə də Azərbaycanda hasilatın dondurulması lazımi effekt verməcəyək.

Qeyd edək ki, daha əvvəl Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da bu təşəbbüsə qoşulmalıdırlar.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycan sutkada təqribən 0,8 milyon barel neft hasil edib. Dünya ixrac hasilatı isə sutkada 95,71 milyon barel təşkil edib.

Açar sözlər:

Oxunub: 988