Şirkət direktoruna hökm oxundu


20:25     08 Aprel 2015 mehk55.jpg


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluğa cəhddə təqsirləndirilən “DES Consulting” şirkətinin baş direktoru Nazim Səmədov, şirkətin prezidenti Asəf Hacıismayılov, şirkətin proyekt meneceri Orxan Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, məhkəmənin hökmü ilə N. Səmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. A. Hacıismayılov və Orxan Fərhadovun barəsində isə Cinayət Məcəlləsinin 70-ci (cəzanın şərti hesab olunması) maddəsi tətbiq olunub və onlar azadlığa buraxılıblar.

Qeyd edək ki, "Sovetski" sakinləri üçün Gəncə prospektində 810 mənzilli 16 mərtəbəli doqquz bina tikiləcəyini bildirən “DES Kosaltinq” şirkəti həmin mənzilləri hər kvadratmetri 375 manatdan satacaqlarını bildiriblər. Lakin araşdırma zamanı şirkətin dələduzluqla məşğul olduğu məlum olub.

Onlar Cinayət Məcəlləsinin 29.178 (dələduzluğa cəhd) maddəsi ilə cinayət ilə ittiham edilib.


Femida.az 

Açar sözlər:

Oxunub: 475