Dollar ucuzlaşdı, avro bahalaşdı - CƏDVƏL


13:52     17 Fevral 2016 dollar_av.jpg

Mərkəzi Bankın (MB) bu günə olan məzənnələr bülletenindən görünür ki, dolların rəsmi məzənnəsi fevralın 16-sı ilə müqayisədə bir qədər azalaraq 1,5675 AZN olub.


Femida.az-ın hesablamasına görə, bu o deməkdir ki, dollar bu gün 0,0004 manat ucuz satılacaq. Belə ki, dünən dolların məzənnəsi 1,5679 manat idi.

Avrozonanın vahid valyutası isə manata nisbətdə bahalaşıb. Bu gün avro 1,7506 manatdan satılacaq.

Qeyd edək ki, fevralın 16-da avro 1,7488 manatdan satılıb.

Açar sözlər:

Oxunub: 1125