İran neft hasilatını azaltmayacaq


17:31     17 Fevral 2016 iran%20neft4.jpg

İran İslam Respublikası neft hasilatını nə azaldacaq, nə də donduracaq. İran dünya neft bazarında öz mövqeyini möhkəmləndirmək niyyətindədir.


Bu açıqlamanı verən İranın Neft Nazirliyi bəyan edib ki, İran neft hasilatının həcmini sanksiyalardan əvvəlki dövrdə olan həcmə çatdırmaq istəyir.

Xatırladaq ki, fevralın 16-da Rusiya ilə OPEK ölkələri arasında neft hasilatının dondurulması haqqında razılaşmanın əldə edilməsindən sonra İranın bu vəziyyətdə nə edəcəyi sualı meydana çıxmışdı. Lakin müttəfiqlik əlaqələrinin mövcudluğuna baxmayaraq, İran Rusiyanın istəyinə qatılmır.

Femida.az

Açar sözlər:

Oxunub: 1186