İŞİD-in öldürdükləri türkmanlar imiş


21:47     03 İyun 2015 turkman.jpg


İŞİD terror təşkilatının bir neçə gün əvvəl İraqın Samara şəhərində təşkil etdiyi hücumda həyatını itirənlərin hamısının türkman olduğu ortaya çıxıb.

Bomba yüklü tankdan istifadə olunduğu terror hücumunda 50-dən çox türkman ölüb, 100-dən çoxu yaralanıb.

Femida.az Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, terrora qurban gedən türkmanlar Kərbəlada təşkil edilən cənazə mərasimi ilə dəfn olunublar.

İraq Türkman Cəbhəsi Telafer ikinci bürosunun cavabdeh şəxsi Qasım Qara açıqlama verib. O bildirib ki, türkmanlar da digər millətlər kimi terrorla mücadilədə şəhid olublar.

İraq-Türkmən Yazarlar Birliyinin sədri Əkrəm Fevzi Dərzioğlu isə yazılı açıqlama verib və deyib ki, türkmanlar nə qədər ağır günlər yaşasa da, İŞİD terror təşkilatı ilə mübarizə aparır.

Şahverdi Şiirnli
Femida.az

Açar sözlər:

Oxunub: 922