Ərdoğanın Azərbaycana səfəri təxirə düşdü


03:40     18 Fevral 2016 28328-INNERRESIZED600-700-erdogan.jpg

Buna səbəb Ankarada baş vermiş terrordur.

Ankarada çoxsaylı insan itkisi ilə nəticələnmiş terror aktından sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın.sabah Azərbaycana planlaşdırılan səfərini təxirə salıb.

Femida.az-ın məlumatına görə. bu barədə Türkiyənin rəsmi Anadolu Agentliyi xəbər yayıb.

Qeyd edək ki, sabah Azərbaycanda Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçiriləcəkdi.

“Anadolu”nun yazdığına görə, Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Agentlik qeyd edib ki, İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın həmsədrliyi ilə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısı da təxirə salınıb.

Həmçinin Azərbaycan prezidenti İlham Əliyevin Ankarada baş vermiş partlayışdan sarsıldığını, həyatı itirənlərin ailə üzvlərinə başsağlığı verdiyi, yaralılara şəfa dilədiyini qeyd etdiyi də bildirilib.

Türkiyə prezidentinin də həmin tədbirdə iştirak çərçivəsində Azərbaycana səfəri planlaşdırılmışdı.

Türkiyənin baş naziri Əhməd Davudoğlu da sabah Brüsselə planlaşdırılan səfərini təxirə salıb.

Xatırladaq ki, bu gün Ankarada baş vermiş terror aktı nəticəsində Türkiyə Silahlı Qüvvələrinin əməkdaşlarını daşıyan avtobusa edilən bombalı hücum nəticəsində 20-dən çox ölən var. Hadisə nəticəsində 65 nəfər yaralanıb.

Açar sözlər:

Oxunub: 2481