Dollar da ucuzlaşdı - MƏZƏNNƏ


13:29     18 Fevral 2016 ermeni_dollar5.jpg

Mərkəzi Bankın (MB) bu günə olan məzənnələr bülletenindən görünür ki, dolların rəsmi məzənnəsi fevralın 17-si ilə müqayisədə bir qədər azalaraq 1,5644 AZN olub.


Femida.az-ın hesablamasına görə, bu o deməkdir ki, dollar bu gün 0,0031 manat ucuz satılacaq. Belə ki, dünən dolların məzənnəsi 1,5675 manat idi.

Avrozonanın vahid valyutası da bu gün manata nisbətdə dəyər itirib. Belə ki, bu gün avro 1,7424 manatdan satılacaq.

Qeyd edək ki, fevralın 17-də avro 1,7506 manatdan satılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2205