Nazim Hikmət Bakıda (VİDEO)


22:30     03 İyun 2015 s-a2703213ba82f902ba94c056060c92880849ac9a.jpg

Böyük türk şairi Nazim Hikmətin vəfatından 52 keçir.

Femida.az-ın məlumatına görə, Nazim Hikmət 1902-ci il yanvarın 20-də zadəgan ailəsində dünyaya gəlib. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub, Türkiyəni xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilib. 1921-ci ildə Sovet Rusiyasına gələrək Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub.

Türkiyəyə qayıdan şair mətbuatda Lenin ideyalarını tərənnüm etdiyi üçün 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilir. 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gələrək 1928-ci ildə Bakıda "Günəşi içənlərin türküsü" adlı ilk şeirlər kitabı çapdan çıxarır. Türkiyəyə qayıtdıqdan sonra dəfələrlə həbs olunn şair 1950-ci ildə dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olub. O, 1951-ci ildən ömrünün sonunadək ikinci vətəni saydığı SSRİ-də yaşayıb. Nazim Hikmət 1963-cü il iyunun 3-də Moskvada vəfat edib.

Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıda olub, şair və yazıçılarla yaradıcılıq əlaqəsi saxlayıb. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri var. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunub, pyesləri tamaşaya qoyulub.

Femida.az böyük türk şairinin öz dilindən Bakıda səsləndirdiyi şeirini təqdim edir:

Açar sözlər:

Oxunub: 1123