Ən çox müraciət edilən elektron xidmət
15:50 18 Fevral 2016
“İş yerinə dair arayış” elektron xidmətindən 240 min dəfəyə yaxın istifadə qeydə alınıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidməti (e-xidmət) əhalinin ən çox müraciət etdiyi və ölkəmizin elektron arayış sistemində mühüm yer tutan e-xidmətlərdəndir.
ƏƏSMN-dan Femida.az-a verilən məlumata görə, vətəndaşlar cari ilin yanvar ayında bu e-xidmətdən ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8 faiz çox, yəni 13261 dəfə faydalanıblar.
“Elektron Hökumət” portalında autenfikasiyadan keçərək “İş yerinə dair arayış” e-xidmətini seçən istifadəçi portal tərəfindən avtomatik olaraq formalaşdırılan iş yerinə dair arayışı elektron şəkildə aidiyyəti quruma göndərmək və ya çap edərək həmin quruma təqdim etmək imkanına malikdir. Vətəndaşın artıq bunun üçün işlədiyi müəssisənin müvafiq məsul şəxsinə müraciət etməsinə ehtiyac qalmır. Digər tərəfdən, arayışların təqdim olunduğu təşkilatlar zərurət yaranarsa onun düzgünlüyünü portaldakı xüsusi xidmət vasitəsilə yoxlaya bilirlər. İş yerinə dair elektron arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, eləcə də işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. əksini tapır.
Bu amillərin nəticəsidir ki, “İş yerinə dair arayış” e-xidməti ölkəmizdə kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesində daha fəal rol oynaması ilə seçilir. 2014-cü ilin dekabrında istifadəyə verilən bu e-xidmətdən cari ilin 01 fevral tarixinədək ümumilikdə 240 min dəfəyə yaxın istifadə qeydə alınıb.
Oxunub: 1063
Oxşar xəbərlər
- Ən çox nefti olan ölkələr - İlk `20-lik`də Azərbaycan da var
- Ən az borcu olan ölkələrin SİYAHISI
- Ən çox istifadə olunan e-xidmətlər - Nazirlik açıqladı
- Ən çox işsiz bu rayondadır
- Ən yaxşı tabor komandirləri seçilir - FOTOLAR
- Ən güclü zəlzələ Ağdamda olub - 5.7 bal
- Ənvər Seyidov yenidən xəstəxanaya düşdü
- Ən güclü orduya malik ölkələr: Azərbaycan Ermənistanı qabaqlayır
- Əncir ağacından yıxılıb öldü
- Ən çox uşaq bu rayonlarda ölür - STATİSTİKA