Təmas xəttində monitorinq başa çatdı


17:09     18 Fevral 2016 cebhe%20manitorinq.jpg

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 18-də Azərbaycan Respublikasının Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və onun səhra köməkçisi Jiri Aberle keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Peter Svedberq nəzarət ediblər.

Açar sözlər:

Oxunub: 1155