Qan verənlərin sayı artıb - Nazirlik


19:30     18 Fevral 2016 1443765225_add3ebe2-6cad-4354-b02d-774324737686.jpg

Azərbaycanda tədarük olunan qanın həcmi əvvəlki illərə nisbətən artıb.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, SN-nin təşkilatçılığı ilə 2015-ci ildə respublika üzrə keçirilən qanvermə aksiyalarında 36 ton 597 litr qan tədarük edilib. 2014-cü ildə isə bu göstərici 36 ton 193 litr təşkil edib.

Qanvermə aksiyalarında iştirak edən könüllü donorların sayının artması müşahidə olunur. 2015-ci ildə qanvermə aksiyalarında 75184 nəfər iştirak etmişdisə, 2014-cü ildə analoji göstərici 72697 nəfər olub.

Donor qanının əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanıb. Ümumilikdə, 2015-ci ildə, Aşura günü keçirilən tədbirlər nəzərə alınmadan, 318 qanvermə aksiyası keçirilib.

Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəsətələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur. SN-nin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.

Açar sözlər:

Oxunub: 976