Xaçmazda naməlum xəstəlik yayılıb


21:46     18 Fevral 2016 xestelik.jpg

Xaçmazın Dədəli kənd sakinlərinin təsərrüfatlarında ev quşlarının tələf olunması faktı aşkarlanıb.


Sakinlər prosesin 10-15 gün öncə başlandığını bildirir. Qaz, hind quşu və toyuqlar arasında yayılan xəstəliyin yaranma səbəbləri və yoluxma yolları məlum deyil. Kənd sakinləri bildirirlər ki, xəstəliyə yoluxan quşun yaşama müddəti bir gün çəkir.

Quşlar arasında yayılan xəstəliyin araşdırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin və Baytrarlıq İdarəsinin əməkdaşları Dədəli kəndindəki təsərrüfatlara baş çəkiblər. Naməlum xəstəlik nəticəsində tələf olan quşlardan nümunlər götürülüb. Laboratoriyada yoxlanıldıqdan sonra təsərrüfatlarda yayılan xəstəliyin baş vermə səbəbləri və amilləri müəyyənləşəcək.

Ev quşları arasında yayıla biləcək xəstəliklərin qarşısının alınması, profilaktikası ilə bağlı görüş keçirilib. Tədbirdə mütəxəssislərin tövsiyələri və sakinlərin problemləri dinlənilib, çıxış yolları müzakirə olunub.

Açar sözlər:

Oxunub: 1195