Külək Salyanı işıqsız qoydu


01:23     19 Fevral 2016 ac7bb62e-e8f9-4598-bbc9-d8eb4566317a_292.jpg

Güclü külək Salyanda bir sıra fəsadlar törədib.


Bu gün səhər satlarında başlanan güclu külək rayonda elektrik təsərrüfatına ciddi ziyan vurub. Belə ki, güclü küləyin əsməsi nəticəsində yüksək gərginlikli elektrik naqili qırılıb. Şəhərin əksər hissəsi 5 saat işıqsız qalıb.

Eyni zamanda, rayonun Xıdırlı, Kürsəngi, Noxudlu, Yeni Uluxanlı və bundan başqa, bir neçə yaşayış məntəqəsi də elektrik enerjisiz qalıb. Noxudlu kəndində 5 dəqiqəlik düşən dolu sonradan qarla müşayiət olunub.

Salyan rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, artıq rayon mərkəzinə elektrik enerjisinin verilişi bərpa olunub, digər yaşayış məntəqələrinin də elektrik enerjisi ilə təmin olunması üçün işlər davam etdirilir.

Hazırda rayonda qar yağır.

Açar sözlər:

Oxunub: 1198