Arvadının bıçaqlayana iş kəsildi-14 il


02:53     04 İyun 2015 259807.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirli bilinən İlqar Qocamanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Femida.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən İ. Qocamanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ.Qocamanov yaşadığı Qaradağ rayonundakı mənzildə münaqişə zəminində həyat yoldaşı Rəna Qocamanovanı bir neçə bıçaq zərbəsi vurmaqla ona ağır dərəcəli bədən xəsarəti yetirib. İ.Qocamanova Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 703