“Əli və Nino” filmindən görüntülər (VİDEO)


14:59     19 Fevral 2016 71783_2n22uhb7gk.jpg

Yazıçı Qurban Səidin "Əli və Nino" romanı əsasında çəkilmiş eyniadlı filmdən ilk görüntülər yayılıb.


Femida.az-ın məlumtına görə, görüntülər ekran işinin “Sundance” beynəlxalq film festivalındakı təqdimatı ilə bağlı hazırlanan videoda yer alıb. “Əli və Nino” ilk dəfə sözügedən film festivalında nümayiş olunub. Ekran işinin Bakıda da təqdimatı gözlənilir.

“Əli və Nino” filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Çəkilişlər Bakıda, Qobustanda, Xınalıqda və başqa ərazilərdə aparılıb.

Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, xalq artisti Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.reklam çarxında əsərinin premyera günü məlum olub.



Açar sözlər:

Oxunub: 2060