Əmək Məcəlləsinə dəyişiklik- Sərəncam


14:12     04 İyun 2015 87680.jpg

Azərbaycan prezidenti İlham Əliyev “Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” 2015-ci il 28 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və prezidentin aktlarının “Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Açar sözlər:

Oxunub: 1340