Öldürülən çempionun qatili tutuldu - Yeni məlumatlar (FOTOLAR)


22:57     21 Fevral 2016 cempionun%20qetli%201.jpg

Gəncədə ötən gecə güllələnən idmançı, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovla yeni məlumatlar üzə çıxıb.


Fevralın 20-də axşam saatlarında şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovu odlu silahla qətlə yetirən 1984-cü il təvəllüdlü Anar Tağıyev tutulub. O, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.


***

Gəncə şəhərində güllələnmə faktı qeydə alınıb.

Femida.az-ın məlumatına görə, təxminən saat 23:30 radələrində 32 yaşlı şəhər sakini Elmir Cəlilov odlu silah yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb.

Dərhal cərahiyyə şöbəsinə yerləşdirilən şəxs ölüb.

Hazırda cinayəti törədən şəxs və ya şəxslərin kimliyi dəqiqləşdirilir. Hadisənin hansı zəmində baş verməsi ilə bağlı hələlik dəqiq məlumat yoxdu.

Gəncə şəhər TTYX-da hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və araşdırmalara başlanılıb.

Qeyd edək ki, qətlə yetirilən şəxs ikiqat Azərbaycan çempionu Elmir Cəlilovdur.


Femida.az

Açar sözlər:

Oxunub: 3686