Paytaxda avtomobillərin girişinə qadağa qanuna ziddir? ARAŞDIRMA


16:42     04 İyun 2015 0B8B6D9C-0A4A-499D-BA37-6F1F247DB257_cx11_cy0_cw89_mw1024_s_n_r1.jpg

Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar iyunun 1-dən etibarən rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə girişi qadağan edilib


Qərara görə, rayon maşınlarına paytaxtın iki girişində xüsusi parkinqlər yaradılıb. Paytaxta qərb istiqamətindən hərəkət edən avtomobillər üçün dayanacaqlar Qaradağda, şimal ərazisindən gələnlər üçün isə "Xırdalan dairəsi" ərazisində yerləşir. Bu cəmiyyətdə birmənalı qarşılanmayıb.

Femida.az məsələyə aydınlıq gətirmək məqsədilə hüquqşünaslara müraciət edib.

-Rayon qeydiyyatında olan avtomobillərin şəhərə buraxılmaması qanuna zidd hesab oluna bilərmi?

Dövlət hüququ üzrə doktor, dosent Fərhad Mehdiyev :


- “ Bəzilərimiz bu cür məhdudlaşdırmanın, sərbəst yerdəyişmə (səyahət) hüququna zidd olduğunu düşünürük. Bu belə deyil . Həmin hüquq insanlara aiddir, minik vasitələrinə yox. İnsanların şəhərə girişinə heç bir məhdudiyyət qoyulmayıb.
Hətta özünüzü daha pis ssenariyə də hazırlayın: gələcəkdə, məsələn bir 20 il sonra, nəqliyyat sıxlığı həddindən artıq dərəcədə artsa, onda şəhərdə qeydiyyatda olan maşınlara belə, inzibati orqanlar məhdudiyyətlər qoya bilər. Bunlar, polis fəaliyyətidir, ictimai qaydanı qoruma səbəbilə, proporsional olması şərtilə, həyata keçirilə bilər”.

Hüquqşünas Cəmil Adışov məsələyə belə münasibət bildirib: ” Bakı şəhərində istifadə olunan avtomobillərin ümumi sayının azaldılması məqsədilə rayon qeydiyyatında olan maşınların Bakı şəhərinə daxil olmasına qoyulan qadağalar sırf bu tədbirlərlə əlaqədardır. Yol hərəkəti haqqında” Qanunun “Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi” nə dair 12-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda kütləvi tədbirlər həyata keçirildikdə nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər. Qanunun digər bəndlərində isə göstərilir ki, yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar, yolun mənsubiyyətindən asılı olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Bununla bağlı qərarda yol hərəkətinin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin yeri, səbəbi, vaxtı və şərtləri, qəbul olunan qərar barədə yol hərəkəti iştirakçılarına məlumat verilməsi qaydası, yol hərəkətinin təhlükəsizliyi tədbirləri və işlərin yerinə yetirilməsi müddətləri, zəruri işlərin icrasına cavabdeh olan şəxslər tərəfindən göstərilir. Həmçinin, yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar təxirəsalınmadan dövlət orqanlarının və əhalinin nəzərinə çatdırılmalıdır”. I Avropa Oyunları ilə əlaqədar xüsusilə qeyd etməliyəm ki , rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə girişi qadağan edilib, bu məhdudiyyət əhaliyə şamil edilmir. Burada söhbət Bakıya insanların yox, sıxlığın aradan qaldırılması məqsədi ilə Bakı qeydiyyatında olmayan avtomobillərin buraxılmasına müvəqqəti məhdudiyyət qoyulmasından gedir”.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1741


Oxşar xəbərlər