Dövlət saytlarına giriş dayandı


16:54     22 Fevral 2016 14561298006354820776_554x360.jpg

Azərbaycanda dövlət idarələrinə məxsus saytlar müvəqqəti işini dayandırıb.


Femida.az xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzindən (CERT) verilən məlumata görə, Azərbaycanın dövlət idarələrinə məxsus saytların işində yaranmış müvəqqəti problem aparılan profilaktik işlərlə əlaqəlidir.

Mərkəzdən əlavə ediblər ki, yaxın dəqiqələrdə saytlar işini bərpa edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1030