Neft Fondu 177 milyon dollar satdı


21:59     22 Fevral 2016 Neft-Fondunun-binasi6.jpg

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.


Azərbaycan Dövlət Neft Fondundan Femida.az-a verilən məlumata görə, Fond tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Bu vəsaitdən 177 milyon 450 min dollar məbləğində vəsait 13 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Açar sözlər:

Oxunub: 804