İki qəsəbədə qaz olmayacaq - Bakıda


22:02     22 Fevral 2016 qaz114.jpg

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.


Femida.az SOCAR-ın saytına istinadən məlumat verir ki, fevralın 23-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Semzavod” və “Səngəçal” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Sahil və Səngəçal qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Açar sözlər:

Oxunub: 782