Prezidentdən AFFA ilə bağlı - Sərəncam
23:12 22 Fevral 2016
Azərbaycan Prezidenti İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncamda deyilir:
“1. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.
Oxunub: 921
Oxşar xəbərlər
- Prezidentdən yeni təyinatlar – SİYAHI
- Prezidentdən SƏRƏNCAM - Enerji mənbələri barədə
- Prezidentdən xarici kəşfiyyat xidməti ilə bağlı SƏRƏNCAM
- Prezidentdən mühüm tapşırıq - Ehtiyac meyarı qaldırıldı
- Prezidentdən daha bir sərəncam
- Prezidentdən yol tikintisi ilə bağlı - Sərəncam
- Prezidentdən media ilə bağlı xüsusi tapşırıq - Təcili toplantı keçirilir
- Prezidentdən idmanla bağlı qəbul keçirdi
- Prezidentdən daha bir SƏRƏNCAM
- Prezidentdən Mehman Əliyevin həbsinə reaksiya: Azad edilsin