Gürcü nazir Bakıya gəlir


00:16     23 Fevral 2016 kaladze11.jpg

Gürcüstanın energetika naziri Kaxa Kaladze fevralın 29-da Azərbaycana səfər edəcək.

Femida.az xəbər verir ki, Kaladzenin bəyanatına görə, o, SOCAR-ın nümayəndələri və konsorsiumun rəhbərliyi ilə görüşəcək.

“Biz “Şahdəniz” boru kəmərindın əlavə həcmdə qaz əldə etmək üçün fəal şəkildə iş aparırıq. Optimist əhval-ruhiyədəyik, çox güman ki, müəyyən razılıqdan sonra “Qazprom”la danışıqların nə ilə başa çatacağına dair təsəvvür yaranacaq”, - Kaladze bildirib.

Kaladzenin sözlərinə görə, bir neçə gün əvvəl “Qazprom”un rəhbərliyi ilə Vyanada aparılan danışıqlarda hələlik heç bir konkret razılıq əldə edilməyib.

Baş nazirin müavini bu məsələnin bir neçə gün ərzində həll ediləcəyini ehtimal edir.

Açar sözlər:

Oxunub: 719