Asankadr.az-ın “hack” edilməsi ilə bağlı xəbər yalan çıxdı


00:59     23 Fevral 2016 asan%20xidmet%20aciqlama.jpg

Bu gün sosial şəbəkələrdə www.asankadr.az saytının “hack” edilməsi ilə bağlı yayılan məlumat əsassızdır.

Bu barədə Femida.az -a “ASAN Xidmət”dən məlumat verilib.

Bildirilib ki, www.asankadr.az saytının fəaliyyətində heç bir dayanma və fasilə müşahidə olunmayıb. Sayt normal fəaliyyətini davam etdirir.

Qeyd edilib ki, www.asankadr.az saytı fəaliyyətə başladığı ilk gündən etibarən dəfələrlə bu cür cəhdlər göstərilib, saxta səhifələr hazırlanaraq istifadəçilərin belə səhifələrə yönləndirilməsi yolu ilə şifrələrinin toplanılması halları müşahidə olunub. Bununla bağlı www.asankadr.az saytının cavabdeh şəxsləri tərəfindən saytın üzvləri məlumatlandırılıb və bu kimi halların qarşısı alınıb.

“Hazırda yayılmış məlumatların heç bir əsası yoxdur. Sosial şəbəkələrdə yayılmış şifrəli məlumatlar geri çevrilsə belə bu məlumatlarla asankadr.az saytında olan müvafiq profillərə daxil olmaq mümkün deyil. Bunu istənilən şəxs yoxlaya bilər.

Bir daha asankadr.az saytının istifadəçilərdən xahiş olunur ki, tək bu sayta deyil, istənilən sayta digər saytlarda yerləşdirilmiş keçid vasitəsilə daxil olarkən internet bələdçisinin ünvan sahəsinə diqqət etsinlər və belə feyk(saxta) səhifələrlə qarşılaşdıqda mütləq www.asankadr.az saytının rəhbərliyinə məlumat versinlər”.

Açar sözlər:

Oxunub: 1710


Oxşar xəbərlər