Prezidentin geri qaytardığı qanun sabah müzakirə olunacaq
01:59 23 Fevral 2016
Prezident İlham Əliyevin imzalamadan Milli Məclisə geri göndərdiyi “Valyuta tənzimi haqqında” qanun layihəsi sabah parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.
Bu barədə Femida.az -a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, parlamentin sabahki iclasının gündəliyinə 6 məsələ daxil edilib:
1. "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
2. "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
3. "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
4. Z.A.Əsgərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında
5. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə
6. "Elm haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.(İkinci oxunuş)
Oxunub: 929
Oxşar xəbərlər
- Prezidentin təyin etdiyi fond sədri kimdir? - DOSYE
- Prezidentin Türkiyəyə səfəri başa çatdı
- Prezidentin Brüsselə səfəri başa çatdı
- Prezidentin köməkçisinə daha bir vəzifə verildi
- Prezidentin köməkçisi `Euronews`u tənqid etdi
- Prezidentin köməkçisi: Sarkisyan sözünün üstündə durmadı
- Prezidentin sərəncamı Nazirlər Kabinetində müzakirə edilib
- Prezidentin etiraz etdiyi dəyişiklik ləğv edildi
- Prezidentin korteji qəzaya düşüb
- Prezidentin Neftçala və Salyan səfərləri başa çatıb