Azərbaycanlılar daha çox hansı xəstəlikdən ölürlər?


03:16     23 Fevral 2016 330735.jpg

Azərbaycanda ən çox qan dövranı xəstəlikləri ölümə səbəb olur.

Femida.az- ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, 2015-ci ildə qeydə alınan 54,7 min ölüm halının 60 faizini qan dövranı xəstəliklərindən baş verib. Həzm sistemi xəstəlikləri 5, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsiri 4, tənəffüs orqanlarının xəstəlikləri isə 3 faiz ölümə səbəb olub.

Ötən il ölüm halları 2014-cü illə müqayisədə azalıb. 2016-cı ilin əvvəlinə olam məlumata görə, Azərbaycanın 9 milyon 705,6 min nəfər sakini var.

Açar sözlər:

Oxunub: 1638