Cənubi Koreya şimal qonşusundan ehtiyatlanır


14:02     23 Fevral 2016 cenubi%20korea.jpg

Cənubi Koreya KXDR tərəfdən terror təhlükəsi ilə üzləşib. Bunu ölkənin prezidenti Pak Kın Xe müşavirləri ilə görüşdə bəyan edib.


Rusiyanın NTV telekanalı xəbər verir ki, Cənubi Koreya prezidenti qurum rəhbərlərinə “şimali koreyalıların bütün təxribatlarına cavab verməyə hazır olmalarını” tapşırıb. Onun sözlərinə görə, KXDR-in lideri Kim Çen In tabeliyində olanlara Cənubi Koreyada terror aktları və kiber-hücumların hazırlanmasına səyləri artırmağı əmr edib.

Bir qədər əvvəl təhlükəsizlik və ictimai administrasiya məsələləri üzrə dövlət komitəsi mart-aprel aylarında KXDR tərəfdən Cənubi Koreya qurumlarına güclü kiber-hücumların ola biləcəyi barədə xəbərdarlıq yayıb.

Xatırladaq ki, fevral ayının əvvəlində Pxenyanın keçirdiyi nüvə sınaqlarından sonra Koreya yarımadasında vəziyyət növbəti dəfə gərginləşib.

Açar sözlər:

Oxunub: 1243