Polisə tabe olmayan xanım sürücü (VİDEO)


14:18     23 Fevral 2016 xanim%20surucu4.jpg

Bakıda sərxoş qadın sürücü yol polisinə çətin anlar yaşadıb.


Femida.az xəbər verir ki, paytaxtın ən böyük prospektlərindən biri olan Neftçilər prospektində maşını sərxoş idarə edən qadının avtomobili saxlanılıb. Polisin qanuni "saxla" əmrinə tabe olmayan "Hyundai" markalı minik maşınının xanım sürücüsü heç nə olmamış kimi yoluna davam etmək istəyib. Amma çox uzağa gedə bilməyib. Polislərin onu saxlamasına səbəb isə maşının xeyli sayda cərimə borcunun olmasıdır.

Lakin sürücünü maşından düşürmək mümkün olmayıb. Qadını maşından çıxarmaq üçün əraziyə post patrul xidmətinin əməkdaşları da cəlb olunub. Amma xanım nə sənədlərini təqdim edib, nə də avtomobilini tərk edib.

Yoxalama zamani məlum olub ki, sükan arxasında olan və dayanmadan telefonla danışan sürücü paytaxt sakini 37 yaşlı Viktoriya Vlasovadir. Onun bu cür hərəkətlər etməsi isə sərxoşluq şübhələrini artırıb. Təxminən bir saat aparılan danışıqlar bəhrəsini verməyincə polislər çıxış yolunu maşını ərazidən uzaqlaşdırmaqda görüb. Dayanmadan telefonla danışan zərif cinsin nümayəndəsi avtomobil qarışıq evakuatora qaldırılıb.

Sanki heç nə olmamış kimi özünü sərbəst aparan V.Vlasova avtomobili ilə birgə cərimə dayanacağına aparılıb.

Viktoriya Vlasovanın bütün yoxlamalardan imtina etməsi və yol polisinin əmrinə tabe olmaması onun üçün ağrlaşdırıcı hal hesab edilir. /itv/



Femida.az

Açar sözlər:

Oxunub: 3356