Azərbaycan nefti bahalaşdı


14:13     23 Fevral 2016 neftttt34.jpg

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,16 dollar yaxud 6,49% bahalaşıb.


Femida.az-ın xəbərinə görə, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 35,42 dollara çatıb.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 942