“Ölkəmizə reytinqli islam bankı gəlməlidir” - Ekspert


14:27     23 Fevral 2016 Islamic-banking.jpg

“İslam bankçılığı fərqli bir sistem kimi faizlə yox, gəlir və investisiya ortaqlığı prinsipi ilə işləyir”.


Femida.az xəbər verir ki, bunu sığorta eksperti Xəyal Məmmədxanlı ölkəmizdə islam bankının yaradılması baradə açıqlamasında deyib.

Onun sözlərinə görə, daha əvvəl bir sıra banklarımızda İslam bankçılığı modellərini tətbiq etməyə çalışdılar:

“Lakin bu sistemin uğurla tətbiq olunması üçün bir sıra amillər mövcud olmalıdır. Bu amillərə şəffaf investisiya və şəffaf divident mühiti, şəffaf səhm bazarı, gəlirli investisiya sahələri və etibarlı müştərilər daxildir. Ona görə də yerli bankların bu təşəbbüsü özünü doğrultmadı”.

Düşünürəm ki, Azərbaycana tanınmış və reytinqli İslam bankı gələrsə, ölkəmizdə bu modelin işləmə şansı daha böyük olar və kifayət sayda müştəri cəlb edə bilər.



Femida.az

Açar sözlər:

Oxunub: 1102


Oxşar xəbərlər