Büdcə dəyişiklikləri müzakirə edilir - Təcili


16:36     23 Fevral 2016 milli9.jpg

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir. İclasın gündəliyinə 6 məsələ daxil edilib.


İclasda, o cümlədən, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə ediləcək.

Femida.az xəbər verir ki, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər dövlət büdcəsinin gəlirlərinin 16 822 000,0 min manat, xərclərinin 18 495 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 16 055 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 16 953 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində təsdiq edilməsi nəzərdə tutulub.


Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin gəlirlərində mədaxil mənbələri üzrə fiziki şəxslərin gəlir vergisi 1 080 000,0 min manat, gömrük rüsumları 388 000,0 min manat, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan daxilolmalar 7 615 000,0 min manat, sair daxilolmalar 28 157,0 min manat proqnozlaşdırılıb.


Xərclərin istiqamətlərinə gəlincə, ümumi dövlət xidmətləri 3.063.698.141,0 manat, elm xərcləri 135.186.418,0 manat, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 1.775.096.992,0 manat, sosial müdafiə və sosial təminat xərcləri 2.698.760.194,0 manat nəzərdə tutulub.


Həmçinin, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında


"Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında


Z.A.Əsgərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında


Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə


"Elm haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi barədə. (İkinci oxunuş)

Açar sözlər:

Oxunub: 1039