Şirkətdən 55 min manatlıq oğurluq - Abşeronda


17:41     23 Fevral 2016 ogru%20ev5.jpg

Abşeron rayonunda şirkətdən oğurluq edən saxlanılıb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 18-dən 28-dək olan müddətdə Xırdalan şəhərində “Xırdalan Süd” ASC-yə məxsus anbardan 55000 manat dəyərində inşaat materialları oğurlanıb.Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş oranın mühafizəçiləri - Lerik rayon sakini Röyal Ağayev saxlanılıb, daha 1 nəfər isə müəyyən edilib.

Açar sözlər:

Oxunub: 961