Bir neçə məmura cinayət işi açıldı - Korrupsiya
20:16 23 Fevral 2016
Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin bir qrup əməkdaşı tərəfindən saxta məhkəmə qətnamələri əsasında təyinatların aparılması barədə daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-aə verilən məlumata görə, araşdırmalar zamanı Fondun Masallı rayon şöbəsinin Pensiya təyinatı və Maliyyə uçotu sektorunun bir qrup əməkdaşı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə 2003-2013-cü illər ərzində 85 rayon sakininə övladlığa götürmə və pensiya stajlarının artırılmasna dair saxta məhkəmə qətnamələri əsasında pensiya təyinatları aparmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxunub: 2100
Oxşar xəbərlər
- Birinci xanım qızları ilə Yeni il şənliyində
- Biri özünü yandırmaq istədi, digəri isə... - Neftçalada iki nəfər intihara cəhd etdi
- Bir qrup əlil evlə təmin olunub
- Birinci vitse-prezidentin Katibliyində yeni təyinat
- Bir neçə telefon qovşağı ləğv olunub
- Bir həkim ayağını kəsdi, digəri yerinə tikdi - Video
- Bir ayda 9 min müsəlman öldürülüb
- Bir yumuruqla adam öldürdü - 9 il 6 ay həbs
- Bir neçə oğurluğun üstü açılıb
- Bir manatlıq metal sikkələr buraxıla bilər