Nəvəsini qətlə yetirən qadına ağır cəza-18 il həbs


20:27     04 İyun 2015 1418302063_2yhxntqw9rwm.jpg

Şərqiyyə Hüseynova 18 il müddətinə azadlıqdan məhrum edilib


Bakı Ağır Cinayətlər Məhkəməsində gəlinini və 6 aylıq nəvəsini qətlə yetirməkdə ittiham olunan 1975-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Şərqiyyə Hüseynovanın cinayət işi üzrə son məhkəmə prosesi keçirilib. Hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, Şərqiyyə Hüseynova 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, tükürpədici qətl hadisəsi 2014-cü ilin dekabr ayında Suraxanı rayonunda baş verib. Qum adası, Zeytun bağları adlanan ərazidə kirayədə yaşayan Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini, 20 yaşlı Elnarə Nəcəfova ilə mübahisə zamanı yerdən götürdüyü daş parçası ilə gəlinin başına bir neçə zərbə vurub. Ağır kəllə beyin travması alan Elnarə Nəcəfova yerindəcə keçinib.

Bundan sonra hadisəni törədən Şərqiyyə Hüseynova evə girərək nəvəsi 6 aylıq Emilyanı boğaraq qətlə yetirib.

Hadisə barədə xəbər tutan qonşuların xəbər verməsindən sonra hadisə yehrinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Qətli törətməkdə şübhəli bilinən Şərqiyyə Hüseynovaya qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ş. Hüseynova istintaqa verdiyi ifadəsində göstərib ki, onu otağa salıb qapını bağladıqlarına görə belə bir dəhşətli hadisəni törədib. Qadının sözlərinə görə, Gürcüstana qayıtmaq istəyib, lakin oğlu ilə gəlini onu getməyə qoymayıblar.
Femida.az

Açar sözlər:

Oxunub: 921