Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib


22:05     08 Aprel 2015 konst.jpg


Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olub.


Femida.az xəbər verir ki, iclasda M.Həsənovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 2014-cü il 12 aprel tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda qeyd olunur ki, M.Həsənovanın G.Həsənovaya və qeyrilərinə qarşı əqdin yalan əqd hesab edilməsi, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsi, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsi və maliyyə arayışının iddiaçının adına verilməsinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Hazırkı işlə bağlı məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair verilmiş ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

Femida.az 

Açar sözlər:

Oxunub: 534