Zakir Həsənov serbiyalı səfirlə görüşdü


21:30     24 Fevral 2016 zakir%20hes.jpg

Müdafiə naziri Serbiyanın Azərbaycandakı səfiri ilə görüşüb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, fevralın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Neboyşa Rodiç ilə görüşüb.

Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Müxtəlif sahələrdə Azərbaycan-Serbiya əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu vurğulandığı görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 821