Gənc aktrisa həbs olundu


21:43     04 İyun 2015 yildiz-asyali-400-1.jpg

Türkiyədə gənc aktrisaya 33 gün həbs cəzası verilib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün Yıldız Asyalıya 33 gün həbs cəzası verilsə də, məhkəmə hökmün oxunmasını təxirə salıb. 2014-cü ilin oktyabr ayında yol polisi tərəfindən avtomobili saxlanılan Yıldız ötən günlərdə vəkili ilə məhkəmədə iştirak edib. Aktrisa günahını boynuna alaraq peşman olduğunu deyib. Məhkəmə 1.00 promildən yüksək alkoqol vasitə qəbul edib sükan arxasına keçdiyi üçün əvvəlcə 40 gün həbs cəzası versə də, sonradan əvvəl məhkumluğu olmadığı üçün vəziyyəti yüngülləşdirilərək 33 günə salınıb.

Açar sözlər:

Oxunub: 1097